Səhiyyə Nazirliyi Balakəndə baş verən silahlı insidentdə yaralanan şəxslərin durumu ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Balakəndə baş verən silahlı insidentdə yaralanan şəxslərin durumu ilə bağlı məlumat yayıb
# 19 dekabr 2019 12:00 (UTC +04:00)

Səhiyyə Nazirliyi Balakəndə baş verən silahlı insidentdə yaralanan şəxslərin durumu ilə bağlı məlumat yayıb.

Nazilrikdən APA-ya verilən məlumatda qeyd olunur ki, Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib. Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib.

Qeyd edək ki, məlum hadisə ötən gün rayonun Yeni Şərif kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəşdən sonra ətrafa yayılan qırmalar 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicə Əhməd qızı Baydarova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbovadu da yaralayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR