Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başlayıb

Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başlayıb
# 28 noyabr 2016 11:23 (UTC +04:00)

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başlayıb.

APA-nın məlumatına görə, Heydər Əliyev adına Hava Limanında onu baş nazirin müavini Yaqub Eyyubov və xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıb.

A. Lukaşenko bu gün Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibli görüş keçirəcək. Tərəflərin Belarus-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, korporasiya layihələri, investisiya, kənd təsərrüfatı və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri və yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.

Aleksandr Lukaşenko baş nazir Artur Rəsizadə ilə də görüşəcək.

Səfər sabah başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR