Palata: Kredit Bürosu ilə bağlı müvafiq normativ sənədlərin hazırlanması başa çatıb

Palata: Kredit Bürosu ilə bağlı müvafiq normativ sənədlərin hazırlanması başa çatıb
# 06 oktyabr 2017 09:34 (UTC +04:00)

"Kredit Bürosunun yaradılması informasiya asimmetriyasının aradan qaldırılmasına, risk marjasının dəqiq müəyyən edilməsinə imkan verəcək".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.

Bununla bağlı qanun layihəsinin təsdiqləndiyini xatırladan A.Zülvüqarov əlavə edib ki, Kredit Bürosu ilə bağlı digər müvafiq normativ sənədlərin hazırlanması prosesi başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR