Kim Çen In Cənubi Koreya liderini KXDR-a dəvət edib

Kim Çen In Cənubi Koreya liderini KXDR-a dəvət edib
# 10 fevral 2018 08:30 (UTC +04:00)

Şimali Koreya ( KXDR) lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çje İni Şimalı Koreyaya dəvət edib.

APA-nın “Renxap” agentliyinə istinadən bu barədə, Cənubi Koreya prezident administrasiyasından məlumat verilib.

Dəvəti Kim Çen In-in bacısı, Qış Olimpiya oyunlarına yollanan Kim Ye Çjon Cənubi Koreya liderinə təqdim edib və qardaşının bu səfərin tezliklə baş tutmasına dair istəyini ifadə edib.

Kim Çen In bu səfərin üçüncü Koreya sammitinin keçiriləcəyi tarixlə üst-üstə düşməsini istəyib.

Cənubi Koreya prezidenti KXDR-a ancaq bir şərtlə səfər edə biləcəyini deyib. Lider bildirib ki, əgər onun irəli sürdüyü şərtlərə əməl edilsə, o halda Şimali Koreyaya səfər edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR