Beyləqanda hərbi sursat tapılıb

Beyləqanda hərbi sursat tapılıb
# 15 noyabr 2016 13:02 (UTC +04:00)

Beyləqanda hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, rayonun Birinci Şahsevən kəndində dəmiryol stansiyasının yaxınlığındakı ərazidə 5 ədəd top mərmisinin gilizi (boş), 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-462) və 125 mm-lik top mərmisi (OF-26)) aşkar edilərək götürülüb.

Ümumilikdə 1 500 kv.m ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR