Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib
# 16 dekabr 2019 15:42 (UTC +04:00)

Araz çayının İmişli rayonun Şahverdili, Göbəktala, Məmmədli, Rəsullu kəndləri və Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsi qadağan olunmuş sintetik torlardan və digər ov vasitələrindən təmizlənib.

APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli jurnalistlərə bildirib ki, 3 saylı Regional Ekologiya İdarəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı sözügedən ərazidən qadağan olunmuş ov alətləri maddi sübut kimi götürülüb və müvafiq sənədləşmə işləri aparılıb.

Reydlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR