Azərbaycanda aqrar sığorta predmetinin tərkibi müəyyənləşib

Azərbaycanda aqrar sığorta predmetinin tərkibi müəyyənləşib
# 18 dekabr 2019 21:54 (UTC +04:00)

Nazirlər Kabineti “Aqrar sığorta predmetinin Tərkibi”ni təsdiqləyib.

APA-nın məlumatına görə, bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qərara əsasən, aqrar sığortanın predmetinə aşağıdakılar daxildir:

kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə:

- buğda;

- arpa;

- qarğıdalı;

- kartof

- şəkər çuğunduru;

- portağal;

- limon;

- naringi;

- çay;

- çəltik;

- tütün;

- üzüm;

- fındıq;

- pambıq;

kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə:

- 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar;

- akvakultura məhsulu üzrə:

- balıqlar.

Hər il üçün sığorta məhsulları bu siyahınıda göstərilən predmetlərdən müəyyən edilərək, həmin il yanvarın 15- dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR