Təhsil naziri: "İkinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib"

Təhsil naziri: "İkinci növbədə oxuyan şagirdlərin sayı  35 faizdən 14 faizə enib"
# 24 dekabr 2019 12:19 (UTC +04:00)

“Cari ildə 84 məktəbin tikintisi və təmiri başa çatdırılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov bildirib.

Təhsil naziri deyib ki, 2003-2019-cu illərdə görülən işlərin nəticəsində ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib: “Bu ilin sentyabrından artımlar sayəsində müəllimlərin orta aylıq əmək haqqı 600 manata çatıb. Abituriyentlərdən hər 4 nəfərindən birinin müəllimlik peşəsini seçməsini xüsusi qeyd etmək istəyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR