"Pakistan Milli Bankı Bakı filialı"nın aktivləri azalıb

"Pakistan Milli Bankı Bakı filialı"nın aktivləri azalıb
# 18 iyul 2018 09:57 (UTC +04:00)

2018-ci ilin II rübündə "Pakistan Milli Bankı Bakı filialı"nın aktivlərinin həcmi 10,717 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,59% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,19% artaraq 1,589 mln. manat olub.

Bu il bankın depozit portfeli 462,010 min manat təşkil edib ki, bu, ötən ilin eyni göstəricisi ilə müqayisədə 29,69% azdır. Əhalinin əmanətləri isə 203,240 min manata bərabər olub ki, bu da illik müqayisədə 31,16% azalma deməkdir.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 9 mln. 420 min manat olub, məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 0,17% azalaraq 10 mln. 179,9 min manat olub.

Hesabat dövründə bankın gəlirləri 436,300 min manata, xərclər isə 411,160 min manata bərabər olub.

Bank II rübü 30,770 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR