Fələstin lideri Azərbaycan prezidentinə məktub göndərib

Fələstin lideri Azərbaycan prezidentinə məktub göndərib
# 30 may 2018 17:03 (UTC +04:00)

Fələstin Dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Qardaşım İlham Əliyev, hörmətli cənab Prezident. Respublikanızın yaranmasının yüz illiyi münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xalqımızın hüquqlarına dəstək olan həmrəylik mövqeyinizə görə Sizə dərin ehtiramımı bildirir, ölkələrimizi və xalqlarımızı birləşdirən güclü qardaşlıq əlaqələrimizlə fəxr edirəm. Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, bütün sahələrdə yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək bizim üçün hər zaman diqqət mərkəzində olacaq. Lütfən ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza yüksək tərəqqi və rifah arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR