Cəlilabadda mağazadan oğurluq edilib

Cəlilabadda mağazadan oğurluq edilib
# 12 yanvar 2017 14:37 (UTC +04:00)

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə Cəlilabad şəhəri, Qüdrət İsmayılov küçəsində yerləşən ərzaq mağazasında qeydə alınıb.

Həmin ünvanda Fəxrəddin Quliyevə məxsus mağazanın dam örtüyündən içəriyə daxil olmaqla 2000 manat dəyərində ərzaq, danışıq kartları və nağd pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR