Goranboyda avtomobil aşıb, xəsarət alan var

Goranboyda avtomobil aşıb, xəsarət alan var
# 18 dekabr 2019 22:48 (UTC +04:00)

Goranboyda avtomobil aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saat 21:30 radələrində Goranboy-Ağcakənd yolunun Zeyvə kəndi yaxınlığından keçən hissəsində baş verib.

İdarəetmədən çıxan "VAZ 2106" markalı avtomaşın aşıb. İlkin məlumata görə, qəza nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR