“Azər-Türk Bank”da kadr və struktur dəyişikliyi olub

“Azər-Türk Bank”da kadr və struktur dəyişikliyi olub
# 09 fevral 2017 09:00 (UTC +04:00)

“Azər-Türk Bank”da kadr və struktur dəyişikliyi baş verib. “APA-Economics” xəbər verir ki, bankın Nağd vəsaitlərlə iş departamentinin direktoru Elçin Şərifov işdən çıxıb.

Onun yerinə Elnur Ələkbərli bu vəzifəyə təyin olunub.

Bundan başqa, Maliyyə monitorinqi nəzarət departamentinin müdiri Kamran Axundov yeni yaradılan Biznesin inkişafı departamentinə müdiri təyin olunub. Taleh Nəhmədov isə Maliyyə monitorinqi nəzarət departamentində K. Axundovu əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR