Bu ilin yanvar-aprel aylarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 887,7 min manat olub.
“APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, mart ayındakı göstəricidən 251,7 min manat və ya 39,58% çoxdur. Bir il əvvəl ilə müqayisə etsək, xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 181,9 min manat və ya 25,77% çoxdur.
Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu ilin mayın 1-nə bu rəqəm 292,8 min manat təşkil edib ki, bu, mart ayı ilə müqayisədə 7,9 dəfə, 1 il əvvəl ilə müqayisədə isə 4,1 dəfə çoxdur.