Gömrükçülər külli miqdarda aksiz markasız siqaret aşkarlayıb

Gömrükçülər külli miqdarda aksiz markasız siqaret aşkarlayıb
# 16 yanvar 2017 09:44 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Qazax rayonu ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumaata görə, yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və Azərbaycanın aksiz markası ilə markalanmayan 18000 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR