Astarada 13 yaşlı uşağı avtomobil vurub

Astarada 13 yaşlı uşağı avtomobil vurub
# 31 avqust 2017 12:01 (UTC +04:00)

Astara şəhərində 13 yaşlı oğlan uşağını maşın vurub.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara sakini Yavər Məmmədov idarə etdiyi "VAZ-2106" markalı, 90-CS-481 dövlət-qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən rayon sakini, 2004-cü il təvəllüdlü Allahverdi Ruslan oğlu Ağayevi vurub. Xəsarət alan A. Ağayev əvvəlcə sürücü tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR