Daxili tranzit xüsusi gömrük prosedurunun əhatə dairəsi genişləndirilib

Daxili tranzit xüsusi gömrük prosedurunun əhatə dairəsi genişləndirilib
# 13 noyabr 2017 21:17 (UTC +04:00)

Malların statusunu dəyişmədən xarici ölkənin ərazisindən keçməklə gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması da daxili tranzit xüsusi gömrük proseduru sayılacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər daxili tranzit xüsusi gömrük proseduru gömrük ərazisindən aparılması məqsədi ilə bəyan edilən daxili malların, onların statusunu dəyişdirmədən bir gömrük orqanından digər gömrük orqanına daşınması olub. Dəyişikliyə əsasən artıq daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə (o cümlədən xarici ölkənin ərazisindən keçməklə) daşınması hesab ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR