XİN: Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçıları regional və qlobal məsələlər üzrə müzakirələr aparacaqlar

XİN: Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçıları regional və qlobal məsələlər üzrə müzakirələr aparacaqlar
# 22 dekabr 2019 14:53 (UTC +04:00)

Bu ilin 23 dekabr tarixində Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Xarici İşlər nazirləri üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müzakirələr aparacaqlar.

Görüş çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR