Məhkəmə oğurluqda təqsirləndirilən şəxsin cinayət işini ibtidai istintaqa qaytarıb

Məhkəmə oğurluqda təqsirləndirilən şəxsin cinayət işini ibtidai istintaqa qaytarıb
# 15 sentyabr 2017 08:43 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xəqani İsayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda cinayət işinin istintaqı zamanı qanun pozuntularına yol verildiyi məlum olub. Buna görə məhkəmə işin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edib.

Qeyd edə ki, X. İsayev Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR