Ukraynada rusiyalı jurnalist qətlə yetirilib

Ukraynada rusiyalı jurnalist qətlə yetirilib
# 29 may 2018 22:10 (UTC +04:00)

Kiyevdə yerli ATR telekanalının aparıcısı olan Rusiya vətəndaşı Arkadiy Babçenko qətlə yetirilib.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın “Obozrevatel” nəşri məlumat yayıb. Ukrayna DİN-i hadisə ilə bağlı məlumat yayıb.

“Hadisə Kiyevin Dneprovsk rayonunun Nikolsko-Slobodskaya küçəsində baş verib. “102” “qaynar xətti”nə daxil məlumata əsasən, qadın ərini mənzilinin qarşısında ağır yaralı vəziyyətdə görüb. 42 yaşlı kişi bel nahiyəsindən aldığı ağır xəsarətdən keçinib”, - deyə məlumatda bildirilir.

ATR telekanalının baş direktorunun müavini Aydər Mucabayev jurnalistin naməlum şəxs tərəfindən mənzilinin qarşısında güllələnərək qətlə yetirildiyini təsdiqləyb.

Arkadiy Babçenko Rusiyanın bir neçə tatınmış nəşrində (“Komsomolskaya Pravda”, “Novaya qazeta”) və telekanalında (“Pervıy Kanal”, “ТВЦ”) hərbi müxbir kimi çalışıb.

Jurnalist 2016-cı ilin sonunda Rusiyadan Ukraynaya köçüb, Kiyevdə “ATR” telekanalının yayımladığı “Prime: Babçenko” proqramının aparıcısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR