Şirvan sakini polisin keçirdiyi əməliyyat zamanı özünü bıçaqlayıb

Şirvan sakini polisin keçirdiyi əməliyyat zamanı özünü bıçaqlayıb
# 15 yanvar 2018 11:44 (UTC +04:00)

Şirvanda 45 yaşlı kişi bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1973-cü il təvəllüdlü Aslanov Məzahir Əlimirzə oğlu qarın boşluğuna nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

İlkin məlumata görə, M.Aslanov polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb. M. Aslanovun saxlanılan zaman özünə bıçaqla xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR