Birinci müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə əlavə təqaüd veriləcək

Birinci müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə əlavə təqaüd veriləcək
# 08 sentyabr 2015 10:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Təhsil Nazirliyi müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma layihəsini yeni tədris ilində davam etdirir. Nazirlikdən APA-ya verilən məlumata görə, layihəyə uyğun olaraq, bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bununla proqram çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq.

Qeyd edək ki, layihə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər çərçivəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR