“Arsenal” 60 il əvvəlki uğursuz seriyanı təkrarlayıb

“Arsenal” 60 il əvvəlki uğursuz seriyanı təkrarlayıb
# 29 dekabr 2019 21:57 (UTC +04:00)

İngiltərənin “Arsenal” klubu ardıcıl 4-cü ev oyununda uduzub.

Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın XX turuna təsadüf edib.

Bundan əvvəl çempionatda “Mançester Siti”yə 0:3, “Brayton”a 1:2, Avropa Liqasında “Ayntraxt”a 1:2 hesabı ilə uduzan “topçular”ın “Çelsi” ilə matçında da eyni nəticə qeydə alınıb.

1:2 hesablı məğlubiyyət klubun son 60 ildəki ən uğursuz ev seriyasını rəsmiləşdirib. “Arsenal” sonuncu dəfə 1959-cu ilin dekabrında ardıcıl 4 dəfə öz meydanında uduzmuşdu.

Qeyd edək ki, London təmsilçisi son 15 görüşdə cəmi 1 qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR