Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri: “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq"

Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri: “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq"
# 25 may 2018 20:38 (UTC +04:00)

“Qarşılıqlı investisiya sahəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq yaxşı inkişaf edir”.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı investisiyalar barədə çoxlu planlar var: “Biz, Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq. Ona görə də, sözsüz ki, bu sahədə daha çox işlər görmək olar. Artıq bir sıra sərfəli layihələrlə bağlı anlayışımız var. Buna misal olaraq yollarla bağlı layihəni və digərlərini göstərmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR