Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar olunub

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar olunub
# 27 iyul 2018 13:01 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-11113-OKA" markalı avtomobilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol "qanadlarında", gömrük nəzarətindən gizlədilmiş halda 1332 ədəd "Silver Cracker" markalı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR