Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
# 26 may 2018 18:27 (UTC +04:00)

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Prezident İlham Əliyev məzun günündə çıxış edib.

Tədbirdə ADA məzunlarına həsr olunan video nümayiş olunub.

Çıxışlardan sonra diplomların təqdim edilməsi mərasimi keçirilib. Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.

Qeyd edək ki, cari tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR