Ağstafada dəmir yol xəttindən oğurluq edən iki nəfər tutulub

Ağstafada dəmir yol xəttindən oğurluq edən iki nəfər tutulub
# 05 aprel 2018 14:01 (UTC +04:00)

Ağstafada dəmiryol xəttindən naqillər oğurlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağstafa Dəmiryol Xətt Polis Bölməsinin və Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ağstafa ərazisindən keçən dəmiryol xəttindən naqilləri kəsərək oğurlamaqda şübhəli bilinən rayonun Saloğlu qəsəbə sakini 31 yaşlı Yaşar Xəlilov və Qarayazı kənd sakini 18 yaşlı Taleh Qayıbov saxlanılıblar.

Əməliyyat zamanı şübhəlilərin üzərindən tapılan torbanın içindən xeyli miqdarda mis naqillər və dəmir yolunda istifadə olunan digər metallar aşkarlanaraq götürülüb.

Dəmiryolu xəttinin elektrik enerjisinin tənzimlənməsində istifadə olunan transformatorun sökülməsi nəticəsində yaxınlıqdakı relslər əriyib, dəmiryoluna xeyli miqdarda ziyan dəyib. Dəmiryol xətt polis bölməsindən bildirilib ki, məlum ərazidəki oğurluq faktının üstü vaxtında açılmasaydı, ərazidən keçən sərnişin və yük qatarlarının hərəkəti üçün təhlükə yarana bilərdi.

Saxlanılanlardan Yaşar Xəlilov əvvəllər də məhkumluq həyatı yaşayıb, həmçinin bir neçə il dəmiryol sahəsində çalışıb. Faktla bağlı araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR