İraq Səhiyyə naziri: “Aksiyalarda toqquşmalar zamanı 111 nəfər ölüb”

İraq Səhiyyə naziri: “Aksiyalarda toqquşmalar zamanı 111 nəfər ölüb”
# 24 noyabr 2019 18:28 (UTC +04:00)

Oktyabrın əvvəlindən İraq şəhərlərində keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 111 nəfər ölüb.

APA-nın İraq İnformasiya Agentliyinə (İNA) istinadən verdiyi məlumata görə, bunu bu gün İraq Səhiyyə naziri Gəfər Ələvi bildirib.

Səhiyyə naziri ölənlər arasında aksiya iştirakçıları ilə bərabər təhlükəsizlik qüvvələrinin əməkdaşlarının da olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl İraq parlamentinin İnsan hüquqları üzrə komissiyasının yaydığı bəyanatda aksiyaçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 319 nəfərin öldüyü bildirilib.

Xatırladaq ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb. Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb edirlər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR