BMT Azərbaycanda e-ticarətin inkişafına dəstək olmağa hazırdır

BMT Azərbaycanda e-ticarətin inkişafına dəstək olmağa hazırdır
# 04 mart 2019 14:57 (UTC +04:00)

“BMT-nin İnkişaf Proqramı (UNDP) ölkədə elektron ticarətlə məşğul olan özəl sektorun üzləşdiyi problemlərin həlli yolunda dəstək olmağa hazırdır”.

Bu barədə ONA-ya UNDP-nin Bakı ofisinin layihə meneceri Vasif Məmmədov deyib.

Onun sözlərinə görə, təşkilatın təşəbbüsü ilə ötən ilin sonunda Bakıda təşkil olunan elektron ticarətə dair konfransda bu məsələ gündəlikdə olan əsas məsələlərdən biri idi: “Biz maksimum çalışdıq ki, konfransa özəl sektor da cəlb olunsun. Bildiyiniz kimi, biz adətən dövlət qurumları ilə işləyirik. Eyni zamanda biz istəyirik ki, özəl sektor da üzləşdiyi problemləri səsləndirsin. Hazırda spesifik olaraq sırf elektron ticarətlə bağlı layihə komponentimiz mövcud deyil, lakin biz çalışırıq ki, buna aid müxtəlif tədbirlər, platformalar, seminarlar və master-klaslar təşkil olunsun”.

Layihə menecerinin sözlərinə görə, Azərbaycanda elektron ticarətə maraq ötən illərə nisbətən daha aktuallaşıb və bununla bağlı böyük ehtimal ki, təşkilatın layihə komponentləri olacaq: “Biz təşəbbüslərə daim açığıq və hər bir təşəbbüsdə innovativ həll yolunu tapmağa çalışırıq. İnnovasiyanın əsas amili isə sürətdir. Əgər biz sürətli olaraq yeni təkliflərlə və yeni çağırışlarla ayaqlaşmasaq, o zaman bu istiqamətdə qənaətbəxş irəliləmək mümkün olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR