DİN: Lerikdə broyler fabrikində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

DİN: Lerikdə broyler fabrikində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb
# 28 iyul 2017 09:47 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Lerikdə broyler fabrikində baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb. Orada fəhlə işləyən kənd sakinləri Mehman Mirzəyev və Akif Aslanov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR