General Səməd bəy Mehmandarovun nəticəsinə qarşı dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

General Səməd bəy Mehmandarovun nəticəsinə qarşı dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 09 aprel 2018 09:14 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Əsgərov 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanı şərti hesab edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilsə də, məhkəməyə gəlmədiyi üçün axtarış verilib və həbs olunub.

Zərərçəkən Aygün Mehmandarlı Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR