İsveçrədə ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyulub

İsveçrədə ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyulub
# 19 sentyabr 2017 20:50 (UTC +04:00)

İsveçrənin Sankt Qallen bölgəsinin parlamenti ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyulmasını dəstəkləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçrə teleqraf agentliyi məlumat yayıb. Məlumata görə, qadağanın təhlükəsizliyə təhdid yaranacağı halda tətbiq ediləcəyi nəzərdə tutulur. Belə ki, şübhəli hesab edilən müsəlman qadınlar polisin tələbi ilə üzünü açmağa məcbur olacaqlar.

Qanun layihəsi ilk oxunuşda qəbul edilib, 59 deputat “leyinə” və 54 nəfər “əleyhinə” səs verib.

Qadağa çadra geyinən müsəlman qadınlara, habelə etiraz aksiyalarında üzü bağlı etirazçılara da tətbiq ediləcək.

Qanun layihəsi parlamentdə çoxluq təşkil edən mühafizəkar Xalq Partiyasının nümayəndələri tərəfindən irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR