Ağ Evin mətbuat katibi istefa verdiyini təsdiqləyib - YENİLƏNİB

Ağ Evin mətbuat katibi istefa verdiyini təsdiqləyib - <span style="color: red;">YENİLƏNİB
# 21 iyul 2017 20:26 (UTC +04:00)

Ağ Evin mətbuat katibi Şon Spayser istefa verdiyini təsdiqləyib.

APA-nın xəbərinə görə, o, bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

“Prezident Donald Tramp və bu gözəl ölkəyə çalışmaq mənim üçün böyük şərəf və imtiyaz idi. Mən avqustun sonunadək xidməti vəzifəmi davam etdirəcəm”, Ş.Spayser yazıb.

***

20:33

Ağ Evin mətbuat katibi Şon Spayser istefa verib.

APA-nın məlumatına görə, bu barədə “The New York Times” qəzeti məlumatlı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, istefaya səbəb Donald Trampın maliyyəçi Entoni Skamaruççini Ağ Evin kommunikasiya üzrə direktoru vəzifəsinə təyin etməsi olub. Qəzetin yazdığına görə, D.Tramp Spayseri vəzifəsində qalmağını xahiş edib, lakin o,Skaramuççinin təyinatını böyük səhv adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR