Kemerovoda yanğın nəticəsində yaralananların sayı 47 nəfərə çatıb

Kemerovoda yanğın nəticəsində yaralananların sayı 47 nəfərə çatıb
# 26 mart 2018 02:34 (UTC +04:00)

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində yaralananların sayı 47 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya FHN nazirinin müavini Vladlen Aksenov bildirib.

“Hazırda yanğın nəticəsində yaralananların sayı 47 nəfər təşkil edir. Zərərçəkənlərə müvafiq tibbi yardım göstərilir”, deyə nazir müavini qeyd edib. Hazırda 64 nəfərin itkin düşmüş hesab edildiyini deyən V.Aksenov yanmış binanın dağılması ehtimali olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR