Bakıda itkin düşən 17 yaşlı oğlan tapılıb

Bakıda itkin düşən 17 yaşlı oğlan tapılıb
# 06 fevral 2020 19:38 (UTC +04:00)

Bakıda itkin düşən oğlan tapılıb.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 1 A, mənzil 80 ünvanında yaşayan Eminova Kəmalə Fazil qızı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu 2003-cü il təvəllüdlü Eminov Kamal Rasim oğlu "20 Yanvar" metro stansiyasının yanına getmək adı ilə fevralın 3-də evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Eminov Kamal Rasim oğlu sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR