Pentaqon: Rusiya və İran Suriyada vəziyyətin stabilləşməsinə yardım edirlər

Pentaqon: Rusiya və İran Suriyada vəziyyətin stabilləşməsinə yardım edirlər
# 23 iyul 2017 05:48 (UTC +04:00)

Rusiya və İran Suriyada vəziyyətin stabilləşməsi işində müəyyən uğurlar əldə edirlər, lakin məqsədləri fərqli olduğundan, onlar əvvəl-axır rəqabətə girəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.

“Yekunda qeyd edim ki, Rusiya və İranın Suriyada məqsədləri fərqlidir. Onlar hələlik vəziyyətin stabilləşdirilməsinə dair müəyyən razılığa gələ bilərlər, lakin sonradan onların arasında rəqabət başlayacaq. Suriya rejimi ilə əlbirliyi tezliklə artıq müşahidə etməyəcəyik”, - deyə general təhlükəsizlik forumunda çıxışı zamanı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR