Bakıda motosiklet aşıb, sürücünün ayağı sınıb

Bakıda motosiklet aşıb, sürücünün ayağı sınıb
# 28 dekabr 2019 00:20 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə 8-ci kilometr bazarının qarşısında baş verib.

28 yaşlı Kazımov Vaqif Əlihəsən oğlu idarə etdiyi motosikletlə “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində V.Kazımov sağ ayağının sümüklərinin sınıq xəsarəti və ağır kəllə-beyin travması ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR