Həkim: "Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər cənub-qərb regionlarında daha çoxdur”

Həkim: "Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər cənub-qərb regionlarında daha çoxdur”
# 27 iyul 2017 09:43 (UTC +04:00)

“Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr daha çox cənub və qərb regionlarındandır”.

APA-nın xəbərinə görə, bunu Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib. O bildirib ki, cənub regionundakı rayonlar dəniz kənarında yerləşdiyindən orada rütubət daha çox olur, nəticədə insanlar soyuqdəymə ilə xəstələnirlər: “Qərb regionunda isə əhali kütləsi çox olduğundan, xroniki böyrək çatışmazlığı xəstəliyi yaranır”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin 31%-ni şəkərli diabet xəstələri təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR