Kürdəmirdə naməlum avtomobil Rusiya vətəndaşını vurub

Kürdəmirdə naməlum avtomobil Rusiya vətəndaşını vurub
# 25 mart 2018 20:27 (UTC +04:00)

Kürdəmirdə naməlum avtomobil Rusiya vətəndaşını vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 182-ci kilometrliyində, Kürdəmir rayonunun Karrar stansiyası ərazisində qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək istəyən Rusiya vətəndaşı, 1954-ci il təvəllüdlü Minayətxan İlyas qızı Nauruzovanı vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan M. Nauruzova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti orta- ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR