Şəmkirdə BMW və yük maşını toqquşub, ağır yaralı var

Şəmkirdə BMW və yük maşını toqquşub, ağır yaralı var
# 20 dekabr 2016 17:06 (UTC +04:00)

Bakı-Qazax magistral avtomobil yolunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın qərb bürosunun məlumatına görə, yolun 398-ci kilometrliyində, Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində BMW markalı minik avtomobillə "İsuzu" markalı yük maşını toqquşub.

Qəza zamanı BMW-nin sürücüsü, 1983-cü il təvəllüdlü Düz Qışlaq kənd sakini Sənan Tağıev müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR