DGK: Mayda “Samur” gömrük məntəqəsindən 30 minə yaxın nəqliyyat vasitəsi keçib

DGK: Mayda “Samur” gömrük məntəqəsindən 30 minə yaxın nəqliyyat vasitəsi keçib
# 01 iyun 2018 12:13 (UTC +04:00)

2018-ci ilin may ayında “Samur” gömrük məntəqəsindən, ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.

"APA-Economics"in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" Gömrük Postunun rəisi Asim Salmanov deyib.

Onun sözlərinə görə, gün ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttində, ümumi olaraq 500-600-yə yaxın minik avtomobili yoxlanılır. Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin sayı da 400-450-dir.

A.Salmanov qeyd edib ki, idxal və ixrac xətlərinin hər birində, eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür. “Bir yük avtomobilin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə müddətindədir,” – deyə A. Salmanov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR