"Petlim" indiyədək 110 gəmiyə xidmət edib

"Petlim" indiyədək 110 gəmiyə xidmət edib
# 25 oktyabr 2017 12:50 (UTC +04:00)

"Petkim Konteyner Terminalı" ("Petlim") 2016-cı ilin dekabr ayından bu günə qədər 110 gəmiyə xidmət edib.


"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, limanın tutumu 16 min TEU-ya çatıb.


"Petlim"in operatoru olan "APM Terminals" şirkətinin İzmir üzrə baş direktoru Robert Hambleton bildirib ki, layihənin ikinci fazası başa çatdıqdan sonra bu göstərici 1,3 mln. TEU-ya çatdırılacaq.


"Ötən ilin dekabr ayından bu günə qədər xidmət etdiyimiz 110 gəmidə 150 min TEU həcmində əməliyyat aparılıb", - deyə R. Hambleton vurğulayıb.


Onun fikrincə, bölgədə yükdaşımaların həcmi yaxın perspektivdə 5-6% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR