Moldovada “Bütün ölkələrin proletarları, birləşin!” şüarı səslənib

Moldovada “Bütün ölkələrin proletarları, birləşin!” şüarı səslənib
# 29 noyabr 2019 12:00 (UTC +04:00)

Əmək münasibətləri, işçilərin hüquqları və iş şəraitilə bağlı mövzular LafargeHolcim-in dünya üzrə həmkarlar təşkilatlarının qatıldığı toplantıda aktual məsələlərdən biri olub.

Moldovanın paytaxtı Kişinyovda keçirilən bu toplantıya 40 ölkədən 120 nümayəndə qatılıb. İştirakçılar istehsalatda iş şəraitilə bağlı müzakirələr aparıblar, ölkələrdə mövcud problemlərin həlli yollarını müəyyən olunması və işçilərin sosial hüquqlarının müdafiəsinin artırılması ilə bağlı tələblər irəli sürüblər.

LafargeHolcim 80 ölkədə fəaliyyət göstərən beynəlxalq sement istehsalçısıdır. Təbii ki, standartlar və yaradılan əmək şəraiti bütün ölkələrdə eyni səviyyədə deyil. Həmkarlar ittifaqlarının əsas tələbi dünyanın istənilən yerində Afrika və ya İsveçrədə fəaliyyət göstərməsindən asılı olmayaraq istər daimi işçilər istərsə, də podratçı təşkilatların işçiləri üçün təhlükəsizlik standartlarına bərabər qaydada əməl olunmasıdır.

Azərbaycanı beynəlxalq konfransda Azərbaycan Respublikası “İş-İnşaat” Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin Sədri cənab Umud Hüseynov və Holcim Azərbaycanın Həmkarlar Komitəsinin sədri Mübariz Məmmədov təmsil edib. Mübariz Məmmədov qeyd edib ki, qlobal dünyada yaşayırıq və əgər Hindistanda fəaliyyət göstərən şirkətdə çatışmazlıqlar varsa bu, Avropadakı şirkətlərin nüfuzuna təsir edəcək. Həmkarlar təşkilatları üçün öz işlərini əlaqələndirmək və ümumi maraqları qorumaq çox önəmlidir: “Bir əsr bundan öncə səslənən “Bütün ölkələrin proletarları birləşin!” şüarı bu gün də öz aktuallığını itirməyib. Holcim Azərbaycanın bu sahədə gördüyü işlərin, xüsusilə də kollektiv müqavilənin müsbət nümunə kimi misal göstərilməsi mənim üçün çox sevindirici haldır. İşçilərə sosial dəstək proqramları, əməkdaşların və ailə üzlərini əhatə edən tibbi sığorta proqramı, qadın hüquqlarının müdafiəsi eləcə də, analıq məzuniyyəti ilə əlaqədar əlavə ödənişli məzuniyyətin verilməsi və digər sosial proqramları misal göstərmək olar”.

Mübariz Məmmədov həmkarlar təşkilatları tərəfindən irəli sürülən təşəbbüslərə cavab olaraq bildirib ki, “Holcim Azərbaycan”da texniki təhlükəsizliklə bağlı işçi qrupu yaradılıb ki, onlar da hər iki aydan bir bütün istehsalat sahələrinin monitorinqini aparır və aşkar edilmiş problemləri görüşlər zamanı rəhbərlik qarşısında müzakirəyə çıxarırlar.

Görüşlərdən sonra həyata keçiriləcək addımlar yerlərdə LafargeHolcim həmkarlar təşkilatı şəbəkəsinin daim dəstəklənməsi olacaq.

***

“Holcim Azərbaycan” 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR