Şəmkirdə çayda batan 19 yaşlı şəxsin meyiti sudan çıxarılıb - YENİLƏNİB

Şəmkirdə çayda batan 19 yaşlı şəxsin meyiti sudan çıxarılıb - <span style="color: red;">YENİLƏNİB
# 05 iyul 2018 18:30 (UTC +04:00)

Şəmkirdə çayda batan şəxsin meyiti sudan çıxarılıb. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Morulu kənd sakini 1999-cu il təvəllüdlü Cabbarov Turan Kür çayının Şəmkir rayon Kür qəsəbəsinin ərazisindən keçən hissəsində çimərkən boğulub. Əraziyə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu gəncin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

**** 19.09

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR