Polis mayorunu öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

Polis mayorunu öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub
# 03 avqust 2017 12:57 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis mayorunu öldürməyə cəhddə təqsirləndirilən Əli Həsənov və xuliqanlıqda təqsirləndirilən Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Əli Həsənov 14 il 6 ay , Əhmədyar Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin noyabrında Nərimanov rayonunda 1979-cu il təvəllüdlü Namiq Abdullayev, 1974-cü il təvəllüdlü Arif Cəbrayılov, 1985-ci il təvəllüdlü Kamil Məsimov, Əhmədyar Məhərrəmov və Əli Həsənov arasında əlbəyaxa dava olub.


Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.Ağır xəsarət alan hər üç şəxs təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onları xilas etmək mümkün olub.


Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir, hadisə vaxtı xidmətdə olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR