Deputat stüardessalara güzəştlər tətbiq olunmasını təklif edib

Deputat stüardessalara güzəştlər tətbiq olunmasını təklif edib
# 19 sentyabr 2017 13:23 (UTC +04:00)

Milli Məclisin deputatı stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsini təklif edib. APA-nın məlumatına görə, Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsinə ehtiyac var.

Millət vəkili qeyd edib ki, stüardessalar gərgin rejimdə işləyirlər, fiziki yorğunluqları çox olur və dövlət onların qayğısına qalmalıdır: “Ona görə də xahiş edirəm onların tez pensiyaya çıxmasını, eyni zamanda bir sıra sosial güzəştlərin tətbiq edilməsini özündə ehtiva edən dəyişikliklər edək. Bu, çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR