Nazir: "Cənub Qaz Dəhlizi layihəsini maliyyələşdirən banklarla kredit müqaviləsi üzrə danışıqlar aparılır"

Nazir: "Cənub Qaz Dəhlizi layihəsini maliyyələşdirən banklarla kredit müqaviləsi üzrə danışıqlar aparılır"
# 11 aprel 2018 11:15 (UTC +04:00)

"Cənub Qaz Dəhlizi" QSC Dünya Bankının Direktorlar Şurası Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) və "Cənub Qaz Dəhlizi" layihəsini maliyyələşdirən banklarla kredit müqaviləsi üzrə danışıqlar aparır".

"APA-Economics"in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsinin 30%-dən çoxu dövlətin və SOCAR-ın verdiyi vəsait hesabına, yerdə qalan hissəsi isə beynəlxalq praktikaya uyğun olaraq borclanma hesabına həyata keçirilir.

"Bildiyiniz kimi, "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsi ilə bağlı dövlətin yaratdığı xüsusi şirkət məşğuldur. "Cənub Qaz Dəhlizi" QSC-nin səhmlərinin 51%-i Azərbaycan hökumətinə, 49%-i ARDNŞ-a məxsusdur. Layihədə bu şirkətin iştirak payının maliyyələşdirilməsi məqsədi ilə müvafiq xarici maliyyə məsləhətçiləri cəlb edilib. Onlarla birlikdə layihənin maliyyələşdirilməsi modeli işlənib hazırlanıb. Həmin modelə uyğun olaraq layihənin təxminən 30%-dən yuxarı hissəsi şirkətin öz sərmayəsi hesabına, yəni, dövlətin və əsasən SOCAR-ın verdiyi vəsait hesabına maliyyələşdirilir. Yerdə qalan hissəsi isə beynəlxalq praktikaya uyğun olaraq borclanma hesabına həyata keçirilir. Bu yanaşma artıq özünü uğurlu yanaşma kimi tanıdıb. Borclanma tədbirləri vaxtında həyata keçirilib. Layihənin uğurlu olması eyni zamanda, onunla da sübut olunur ki, əksər beynəlxalq maliyyə institutları, həm Dünya Bankı, həm Asiya İnkişaf Bankı, həm də yeni yaradılmış Asiya İnfrastruktur və İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihənin maliyyələşdirilməsi üçün kreditlər ayrılıb. Bu yaxınlarda Avropa İnvestisiya Bankı da bu layihəyə vəsait ayırıb. Dünya Bankı qrupuna daxil olan Çoxtərəfli İnvestisiyaların Zəmanəti Agentliyi (MİQA) ı tərəfindən bu layihəyə kreditlərin verilməsi qərara alınıb. Hazırda şirkət həmin qurumla və layihəni maliyyələşdirən banklarla kredit müqaviləsi üzrə danışıqlar aparır. Bütün bu borclanmalar dövlət zəmanəti əsasında həyata keçirilir. Bu da onunla bağlıdır ki, dünya təcrübəsində olduğu kimi layihənin tikintisi dövrü zamanı mütləq dövlət zəmanəti tələb olunur. "Cənib Qaz Dəhlizi" QSC yeni şirkətdir. Ona görə də bu zəmanət dövlət tərəfindən verilib. Layihə tam işlək vəziyyətə gətirildikdən sonra biz bu zəmanətlərin əvəz edilməsi məsələsi ilə məşğul ola bilərik", - deyə S.Şərifov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR