Cavad Zərif: “Azərbaycanla əməkdaşlığın səviyyəsi əladır”

Cavad Zərif: “Azərbaycanla əməkdaşlığın səviyyəsi əladır”
# 05 aprel 2018 09:52 (UTC +04:00)

“Azərbaycan və İran arasında uzun illərdir yaxşı əlaqələr var. Prezident Həsən Ruhaninin bu yaxınlarda Bakıya səfəri çox uğurlu keçdi”.

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

”Biz çox mühüm layihələr üzərində işləyirik. Bunlardan ən mühüm olanları Xəzərin birgə istifadəsi, Şimal-Qərb, Cənub-Qərb tranzit dəhlizləridir. Hazırda bu layihələr üzərində işləyirik. Əməkdaşlığın səviyyəsi əladır. İranın Azərbaycan, Rusiya və Türkiyə ilə üçtərəfli əməkdaşlığı var, bunu davam etdirmək istəyirik”, - deyə o, söyləyib.

Nazir bildirib ki, bütün region ölkələri arasında iqtisadi əməkdaşlıq hər kəsin marağındadır: “Bunun regionda sülhün inkişafına da faydası ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR