“Moody’s”: Manatın devalvasiyası neftin ucuzlaşmasından sonra yaranan təşvişin təsirini azaltmaqdadır

“Moody’s”: Manatın devalvasiyası neftin ucuzlaşmasından sonra yaranan təşvişin təsirini azaltmaqdadır
# 15 may 2015 07:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Neft ucuzlaşması 2015-2016-cı ildə neft ixracatçıları olan MDB ölkələrinə təsir etməkdə davam edəcək.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Moody`s” reytinq agentliyinin MDB ölkələri ilə bağlı illik hesabatında məlumat verilir.

Məlumata əsasən, fevralın 21-də manatın devalvasiyası neft ucuzlaşmasından sonra yaranan təşvişin təsirini azaltmaqdadır. Zəif məzənnə nəticəsində aşağı neft qiymətlərinin dövlət maliyyəsindəki təsiri azalıb və Azərbaycanın qeyri-neft məhsulları ixracının nisbətən az olmasına baxmayaraq, bu sektor beynəlxalq cəhətdən daha rəqabətli olub.

“Buna baxmayaraq, biz inflyasiyanın 2015-ci ildə 9%-dək artacağını, 2016-cı ildə isə 7%-də stabilləşəcəyini proqnozlaşdırırıq. Yüksək inflyasiya məişət avadanlıqlarının alış qüvvəsinin, özəl istehlakın və ümumilikdə real iqtisadi inkişaf tempinin azalmasına gətirib çıxaracaq. Biz Azərbaycanda iqtisadi inkişafın 2015-ci ildə yalnız 1%, 2016-cı ildə isə 1,7% artacağını planlaşdırırıq”, - deyə hesabatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR