“Statoil” rebrendinq edir

“Statoil” rebrendinq edir
# 15 mart 2018 09:50 (UTC +04:00)

Norveçin “Statoil” neft-qaz şirkəti adını “Equinor”a dəyişir.

APA-Economics”in “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, “Equinor” “equi” sözünün kombinasiyasıdır. Bu isə equal (bərabər), equality (tamhüquqluluq) və equilibrium (balanslaşdırılmış) kimi sözlərin başlanğıcıdır. Bundan başqa, yeni ad “Nor” sözünü özündə birləşdirir ki, bu da şirkətin Norveçə məxsus olduğunu bildirir.

“Dünya dəyişir, eləcə də “Statoil” dəyişir. Bizim ən müasir energetika sistemlərinin adaptasiyası baş verir. Biz bu inkişafın avanqardında qalmağı hədəfləmişik. “Equinor” baş verən dəyişiklikləri, təhlükəsiz, yüksək effektivliyi və aşağı karbohidrogenli strategiyaya dəstəyini əks etdirir”, - deyə “Statoil”in Direktorlar Şurasının sədri Yon Erik Reynhardsen bildirib.

Yeni ad “Statoil” şirkətinin mayın 15-də keçiriləcək səhmdarlarının illik iclasında müzakirə ediləcək. Şirkətin əsas səhmdarı olan Norveç hökuməti Direktorlar Şurasının adın dəyişdirilməsi ilə bağlı təklifini dəstəkləyir və bu qərara səs verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR